“Azərenerji” “Cənub” Elektrik Stansiyasının istehsal gücünü artırıb

“Azərenerji” “Cənub” Elektrik Stansiyasının istehsal gücünü artırıb Bakı. 28 noyabr. REPORT.AZ/ “Görülən texniki tədbirlər nəticəsində “Cənub” Elektrik Stansiyasının istehsal gücü 700 MVt-a çatdırılıb”.
Energetika
28 Noyabr , 2018 12:24
“Azərenerji” “Cənub” Elektrik Stansiyasının istehsal gücünü artırıb

Bakı. 28 noyabr. REPORT.AZ/ “Görülən texniki tədbirlər nəticəsində “Cənub” Elektrik Stansiyasının istehsal gücü 700 MVt-a çatdırılıb”. 

Bu barədə “Report”a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib. 

Onun sözlərinə görə, bununla da ES-in qoyuluş gücü ilə faktiki güc arasında uyğunsuzluq aradan qaldırılıb: “Ölkə enerji sistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədilə hazırlanmış Reablitasiya Proqramı” çərçivəsində yaxın perspektivdə bütün enerji istehsalı müəssələrinin faydalı iş əmsalının yüksəldilməsi nəzərdə tutulur. “Azərenerji”nin həyata keçirdiyi ardıcıl və sistemli tədbirlər, köklü dəyişikliklər fonunda enerjisisteminin müstəqillik dövründə tikilib istifadəyə verilmiş ikinci ən böyük generasiya gücünə malik elektrik stansiyası - 780 MVt-lıq “Cənub” ES-in qoyuluş gücü ilə faktiki istehsal gücünün uyğunsuzluğu aradan qaldırılır. Belə ki, görülən texniki tədbirlər nəticəsində elektrik stansiyasının istehsal gücü 700 MVt-a çatdırılıb. Stansiyanın 2 saylı Qaz Turbinin İsti qaz yolunun təmiri işləri aparılıb, isti qaz yolları, yanma kamerası təftiş olunmuş, turbinin I, II, III saylı işçi kürəkləri yeniləri ilə əvəz olunmuşdur. Təftişin sonunda qaz turbini yuyulub”.

“Azərenerji” sözçüsü onu da deyib ki, gücün artırılması noyabrın 25-də həyata keçirilib: "Həmin gün 2 saylı Qaz Turbin müvəfəqiyyətlə işə qoşulub, Qaz Turbin dispetçer yük qrafikinə uyğun olaraq yüklənib. Digər qaz turbinlərdə də aparılmış bəzi əməliyyatlar, o cümlədən çıxış tüstü qazlarının temperaturunun qaldırılması nəticəsində stansiyanın ümumi yükü, dispetçer yük tənzimləməsi rejiminə uyğun olaraq 700 MVT-a çatdırılıb. Aparılmış təmir işləri və digər texnoloji əməliyyatlar, stansiyanın texniki iqtisadi göstəricilərinə də müsbət təsir göstərib. Belə ki, elektrik enerjisinin xüsusi sərfi 4% normaya qarşı, 3,5%-ə salınıb, yanacağın xüsusi sərfi isə 245 qr/kvts normaya qarşı 239 qr/kvts-a salınıb. Belə uğurlu texniki tədbirlər “Azərenerji” tərəfindən davamlı olaraq digər elektrik stansiyalarda da həyata keçirilməkdədir”.

Son xəbərlər

Orphus sistemi