Yuxarı
    Bağlamaq

    “Azərenerji” ASC “Fitch” ilə əməkdaşlığa xitam verib

    ASC indiki halda “Fitch”lə əməkdaşlıqda effekt görmür© Report/ Firi Salim — “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı

    Bakı. 8 mart. REPORT.AZ/ “Azərenerji” ASC "Fitch" Beynəlxalq Reytinq Agentliyi ilə əməkdaşlığına xitam verib. Agentlik reytinqin geri çağırılmasının kommersiya məqsədləri ilə əlaqədar olduğunu açıqlayıb.

    “Azərenerji”nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı “Report”a açıqlamasında faktı təsdiqləyib. 

    Onun sözlərinə görə, təmsil etdiyi qurum indiki halda “Fitch”lə əməkdaşlıqda effekt görmür: “Biz "Fitch" Beynəlxalq Reytinq Agentliyi ilə müqaviləyə xitam vermişik. “Azərenerji”nin beynəlxalq təşkilatlarla uzunmüddətli əməkdaşlığı onun reytinqinin yüksəldilməsində özünü göstərib. Artıq monitorinq aparan bir neçə beynəlxalq təşkilatla işləməyi çox da effektiv hesab etmirik. Amma gələcəkdə əməkdaşlıq məsələlərinə yenidən baxmaq olar”.

    Xatırladaq ki, hazırda “Azərenerji” yalnız “Standard&Poors” (S&P) Beynəlxalq Reytinq Agentliyi ilə əməkdaşlıq edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi