Yuxarı

Azərbaycan nefti ucuzlaşıb

Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 65,17 dollara bərabərdir

Bakı. 13 iyun. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,33 dollar yaxud 0,50% enib.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib. Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 65,17 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 62,45, dünən isə 65,49 dollar/barel olub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi