​"Azərboru"nun rəhbər şəxsləri yenidən seçiləcək

​"Azərboru"nun rəhbər şəxsləri yenidən seçiləcək Səhmdarlar ümumi yığıncağın gündəliyi ilə İdarə Heyətinin sədrinə müraciət etməklə tanış ola bilərlər
Energetika
4 İyul , 2016 09:18
​Azərborunun rəhbər şəxsləri yenidən seçiləcək

Bakı. 4 iyul. REPORT.AZ/ Avqustun 10-da "Azərboru" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. "Report" xəbər verir ki, yığıncaq saat 11:00-da şirkətin Sumqayıt şəhəri, Sülh küçəsi,1 ünvanında yerləşən inzibati binasında baş tutacaq.

Ümumi yığıncağın gündəliyinə "Azərboru" ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi, Müşahidə Şurasının seçilməsi, müfəttişinin təyin edilməsi, təkbaşçı icra orqanının yaradılması ilə əlaqədar baş direktorun təyin olunması və digər məsələlər daxildir.

Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10:00-dan 18:00-dək İdarə Heyətinin sədrinə müraciət etməklə tanış ola bilərlər.

Son xəbərlər

Orphus sistemi