Yuxarı
    Bağlamaq

    Azərbaycanlı deputatlar Buxarestdə "SOCAR Petroleum SA"nın ofisinə və “SOCAR” yanacaqdoldurma stansiyasına baş çəkiblər

    Azərbaycan nümayəndə heyəti ilk olaraq şirkətin ofisini gəzib və işçilərlə səmimi söhbət ediblər© Report

    Buxarest. 10 oktyabr. REPORT.AZ/ Buxarestdə NATO Parlament Assambleyasının 63-cü illik sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyəti - Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev və Kamran Bayramov SOCAR-ın Rumıniyadakı törəmə şirkəti olan “SOCAR Petroleum SA”nın baş ofisində olublar. 

    “Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Azərbaycan nümayəndə heyəti ilk olaraq şirkətin ofisini gəzib və işçilərlə səmimi söhbət ediblər. 

    Qonaqlara "SOCAR Petroleum SA" şirkətin əldə etdiyi uğurlar, yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr və yeni istifadəyə veriləcək yanacaqdoldurma məntəqələri barədə ətraflı məlumat verilib. 

    Bildirilib ki, fəaliyyət göstərdiyi qısa zaman ərzində Rumıniyanın enerji bazarında aparıcı oyunçuya çevrilən SOCAR-ın hazırda ölkə üzrə 38 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. 

    Daha sonra Azərbaycanlı deputatlar Buxarestdə “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən birinə baş çəkiblər. Burada müştərilər üçün yaradılan şəraitlə, eləcə də “Made in Azerbaijan” brendi altında ölkəmizdən gətirilərək məntəqədə satılan məhsullarla yaxından tanış olublar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi