Azərbaycanla Pakistan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Pakistan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistanın federal neft naziri Gulam Sərvər Xan ilə görüşüb.
Energetika
30 Yanvar , 2019 12:24
Azərbaycanla Pakistan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistanın federal neft naziri Gulam Sərvər Xan ilə görüşüb.

Azərbaycanın Pakistandakı Səfirliyindən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycanla Pakistan arasında imzalanmış enerji məsələri sahəsində əməkdaşlıq haqqında Sazişdən irəli gələn məsələlərin icrası, iqtisadi və ticari əlaqələrin daha da inkişafı, iki ölkə arasındakı ticarət dövriyyəsinin daha da yüksəldilməsi istiqamətində səylərin artırılması istiqamətində müzakirələr aparılıb.

Azərbaycan-Pakistan münasibətlərinin hazırkı vəziyyətindən məmnuluq ifadə edilərək, hər iki ölkənin bir-birinə göstərdiyi qarşılıqlı dəstəyin önəmi qeyd olunub, birgə layihələrinin enerji sahəsində də həyata keçirilməsinin, cari ildə Bakıda keçiriləcək ənənəvi 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində və Konfransında Pakistanın neft-qaz sahəsi üzrə şirkətlərinin, məsul şəxslərinin və mütəxəssislərinin iştirakının, neft-qaz sahəsində sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinin iki ölkə arasında iqtisadi-ticari əlaqələrə xüsusi tövfəsini verəcəyi vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi