Azərbaycanla Meksika arasında neft sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycanla Meksika arasında neft sahəsində əməkdaşlıq imkanları müzakirə olunub Meksikanın Azərbaycandakı səfiri ADNA-da görüş keçirib
Energetika
28 İyul , 2015 17:20
Azərbaycanla Meksika arasında neft sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Bakı. 28 iyul. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rektoru vəzifəsini müvəqqəti icra edən Vaqif Qurbanovla görüş keçirib.

Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşün məqsədi iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı naminə ADNA və Meksikanın qurumları arasında əməkdaşlığın mümkün mexanizmlərini və formalarını araşdırması olub.

Görüşdə səfir Labardini və V.Qurbanov Meksika və Azərbaycanın bu sahədə olan böyük təcrübə və uzun tarixlərindən söz açıblar. Qeyd olunub ki, iki ölkənin istehsalı dünya istehsalının təxminən 5%-ni təşkil edir.

Hər iki tərəf faydalı əməkdaşlıq üçün birgə araşdırmalar və təcrübə mübadiləsinin aparılması mümkün olan sahələrin olduğunu vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi