BP-nin regional prezidenti: "Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət veririk"

BP-nin regional prezidenti: "Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət veririk" Qəri Counz Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
Energetika
2339
27 May , 2017 13:42
BP-nin regional prezidenti: Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət veririk

Bakı. 27 may. REPORT.AZ/ BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, mətndə deyilir: 

"Hörmətli cənab Prezident.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

BP şirkəti Azərbaycan ilə əməkdaşlığın davamlı surətdə genişləndirilməsinə böyük əhəmiyyət verir. Ümidvarıq ki, bu əməkdaşlıq daha da məhsuldar inkişaf edəcəkdir. Mən BP və Azərbaycan Hökuməti arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə inanıram.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına isə firavanlıq arzulayıram.

Son xəbərlər

Orphus sistemi