Azərbaycanla EBRD arasında energetika sektorunda islahatlara dəstək məsələsi müzakirə edilib

Azərbaycanla EBRD arasında energetika sektorunda islahatlara dəstək məsələsi müzakirə edilib Bakı. 13 noyabr. REPORT.AZ/ Energetika Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) vitse-prezidenti Betsi Nelson, eləcə də qurumun Şərqi Avropa və Qafqaz regionu üzrə yeni icraçı direktoru Matteo Patrone ilə görüş keçirilib.
Energetika
13 Noyabr , 2018 17:56
Azərbaycanla EBRD arasında energetika sektorunda islahatlara dəstək məsələsi müzakirə edilib
0 : 00
0 : 00

Bakı. 13 noyabr. REPORT.AZ/ Energetika Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) vitse-prezidenti Betsi Nelson, eləcə də qurumun Şərqi Avropa və Qafqaz regionu üzrə yeni icraçı direktoru Matteo Patrone ilə görüş keçirilib. 

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Energetika nazirinin müavini Samir Vəliyev Bankın Azərbaycanda fəaliyyətində özəl sektorun inkişafına və ölkə üçün strateji əhəmiyyət kəsb edən layihələrə dəstəyini yüksək qiymətləndirib. Nazir müavini hazırda energetika sahəsində islahatların yeni çağırışlara uyğun olaraq bazar münasibətlərinin formalaşdırılması, enerji resurslarından səmərəli istifadəsi, qabaqcıl təcrübə və yeni texnologiyaların tətbiqi ilə yaşıl iqtisadiyyatın inkişafına nail olunması kimi istiqamətləri əhatə etdiyini diqqətə çatdırıb. Bərpa olunan enerji mənbələrinin istifadənin genişləndirilməsində özəl sektorun iştirakının və bu məqsədlə cəlbedici mühitin yaradılmasının vacibliyini vurğulayıb. Bu məsələrdə EBRD ilə Energetika Nazirliyi arasında texniki dəstək çərçivəsində həyata keçirilən və planlaşdırılan layihələrdən bəhs edib. Bildirilib ki, bərpa olunan enerjidən geniş istifadənin təmin edilməsi üçün şəbəkənin gücləndirilməsi layihəsinin həyata keçirilməsi üçün artıq məsləhətçi şirkət seçilib və fəaliyyətə başlanılıb.

Bundan başqa, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstəklə bağlı EBRD ilə əməkdaşlıq əlaqələrinə toxunulub. “Tənzimləyici haqqında” qanun layihəsinin hazırlanması məqsədilə tenderdə qalib gəlmiş məsləhətçi şirkətin yaxın vaxtlarda elan ediləcəyi qeyd edilib.

B.Nelson təmsil etdiyi bankın Energetika Nazirliyi ilə əməkdaşlığa dəyər verdiyini və ölkədə enerji sektorunun inkişafında maraqlı olduqlarını bildirib. O, yaşıl iqtisadiyyat, enerji səmıərəliliyi və bərpa olunan enerji mənbələrinin inkişafına dəstəyin EBRD-nin hazırlayacağı Azərbaycanda əməliyyatlar üzrə yeni strategiyasının üç istiqamətindən biri olduğunu vurğulayıb.

Görüşdə həmçinin ikinci dərəcəli qanunvericilik aktlarının hazırlanması, eləcə də Azərbaycanla Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Şərqi Avropa Tərəfdaşlığı Fondu (E5P fondu) arasında əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparılıb. 

Son xəbərlər

Orphus sistemi