Azərbaycanın yeni energetika naziri ilk xarici səfərini Türkiyəyə edib

Azərbaycanın yeni energetika naziri ilk xarici səfərini Türkiyəyə edib Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycanın energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrakın dəvəti ilə bu ölkəyə səfər edib. 
Energetika
7 Noyabr , 2017 12:48
Azərbaycanın yeni energetika naziri ilk xarici səfərini Türkiyəyə edib

Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycanın energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrakın dəvəti ilə bu ölkəyə səfər edib. 

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində bu gün iki ölkə nazirlərinin iştirakı ilə görüş keçirilib. P.Şahbazov energetika naziri olaraq ilk rəsmi səfərini Türkiyəyə etdiyini diqqətə çatdırıb və dəvətə görə B.Albayraka təşəkkürünü bildirib.

Görüşdə Azərbaycanın zəngin enerji resurslarını alternativ marşrutlarla dünya bazarlarına çatdırılmasında Türkiyə ilə birgə həyata keçirilən enerji siyasətinə nəzər yetirilib. Azərbaycan-Türkiyə əməkdaşlığının töhfələri olan “Əsrin müqaviləsi”, “Şahdəniz” qaz yatağı layihəsi, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və TANAP layihələrinin ölkələrimizə qazandırdığı nailiyyətlərdən bəhs edilib. Qeyd olunub ki, TANAP üzrə işlərin icra vəziyyəti yüksək səviyyədədir və bu da Azərbaycan qazının nəzərdə tutulduğu vaxtda Türkiyəyə çatdırılması üçün mühüm əhəmiyyət daşıyır. Görüşdə həmçinin Cənub Qaz Dəhlizinin genişləndirmə perspektivləri, Məşvərət Şurası çərçivəsində keçirilən görüşlərin işin gedişatına müsbət təsirləri ətrafında da müzakirələr aparılıb.

Müzakirələr iki ölkə arasında elektrik enerjisi sahəsində əməkdaşlığı, eləcə də “Petkim”, “STAR” layihələri, yatırılan investisiyalar və belə layihələrin ölkələrimiz arasında ticarət dövriyyəsinə təsiri kimi məsələləri də əhatə edib.

Görüşdə dünya enerji bazarında son vəziyyət ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi