​Azərbaycanın xaricə satdığı elektrik enerjisi 19% azalıb

​Azərbaycanın xaricə satdığı elektrik enerjisi 19% azalıb Avqustda xaricə satılan elektrik enerjisinin dəyəri isə 31% azalıb
Energetika
29 Sentyabr , 2015 15:14
​Azərbaycanın xaricə satdığı elektrik enerjisi 19% azalıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayı ərzində Azərbaycandan sayğac göstəricilərinə əsasən 175 727,47 min kVt/saat elektrik enerjisi ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 19,1% azdır.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə gömrük bəyannamələri əsasında isə ixrac edilən elektrik enerjisinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 44,4% azalaraq 219 578,34 min kVt/saata bərabər olub.

Komitədən bildirilib ki, avqustda həyata keçirilən elektrik enerjisi satışı 13 213,85 min ABŞ dolları dəyərində olub və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,4% azdır.

Son xəbərlər

Orphus sistemi