Azərbaycanın xam neft ixracından gəliri 27% artıb

Azərbaycanın xam neft ixracından gəliri 27% artıb Bakı. 14 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən 16 977 159 ton xam neft ixrac edib.
Energetika
14 Noyabr , 2017 11:34
Azərbaycanın xam neft ixracından gəliri 27% artıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən 16 977 159 ton xam neft ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda xam neftin dəyəri 6,539 mlrd. ABŞ dolları təşkil edib.

Hesabat dövründə xam neft Azərbaycanın ümumi ixracının 72,22%-ni tutub.

Bu ilin 10 ayında ixrac olunan xam neftin miqdarı ötən ilin müvafiq dövründən 0,28% az, dəyəri isə 27% çox olub.

Son xəbərlər

Orphus sistemi