Azərbaycanın su elektrik stansiyası təşkilati-hüquqi formasını dəyişir

Azərbaycanın su elektrik stansiyası təşkilati-hüquqi formasını dəyişir "Azərenerji" ASC-yə məxsus "Çiçəkli Su Elektrik Stansiyası" ASC təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrildiyini elan edib.
Energetika
7 Dekabr , 2022 12:00
Azərbaycanın su elektrik stansiyası təşkilati-hüquqi formasını dəyişir

"Azərenerji" ASC-yə məxsus "Çiçəkli Su Elektrik Stansiyası" ASC təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrildiyini elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Xatırladaq ki, sözügedən səhmdar cəmiyyəti 1927-ci ildə inşa edilmiş eyni adlı SES-in bazasında 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55,3 min manatdır. 1997-ci ildə sel nəticəsində tamamilə dağılaraq istismara yararsız vəziyyətə düşmüş stansiya yenidən qurulduqdan sonra 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə yenidən istismara verilib.

Son xəbərlər

Orphus sistemi