Azərbaycanın SES-lərində enerji istehsalı azalıb

Azərbaycanın SES-lərində enerji istehsalı azalıb Bu ilin yanvar-mart aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 573,7 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Energetika
18 Aprel , 2020 10:38
Azərbaycanın SES-lərində enerji istehsalı azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 573,7 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,1%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 4,2% artaraq 74,6 mln. manat təşkil edib.

Bu ilin birinci rübü ərzində Azərbaycanda 6 672,9 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2019-cu ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 5,2% çoxdur.

Bunun 126 mln. kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2019-cu ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 26,8% azdır.

Bunun 6 221,4 mln. kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2019-cu ilin üç ayının göstəriciləri ilə müqayisədə 7,4% çoxdur.

Hesabat dövründə Azərbaycanda 24,2 mln. kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2019-cu ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 23,9% azdır.

Yanvar-mart aylarında ölkədə 8,7 mln. kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə 6,1% çoxdur.

Son xəbərlər

Orphus sistemi