Azərbaycanın qaz ixracından gəlirləri 22% artıb

Azərbaycanın qaz ixracından gəlirləri 22% artıb Azərbaycan bi il 5,182 mlrd. kubmetr həcmində təbii qaz ixrac edib
Energetika
12 Sentyabr , 2017 18:17
Azərbaycanın qaz ixracından gəlirləri 22% artıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 5,182 mlrd. kubmetr həcmində təbii qaz ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda təbii qazın dəyəri 926,776 mln. dollar təşkil edib.

Hesabat dövründə ixrac olunan təbii qazın miqdarı ötən ilin müvafiq dövründən 3,53%, dəyəri isə 22,31% artıq olub. 

Hesabat dövründə təbii qaz Azərbaycanın ümumi ixracının 12,83%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi