Yuxarı

​Azərbaycanın "Qaradağ" qaz anbarında yeni quyu qazılıb

Quyuya sutkalıq 100 min kubmetr qaz vurulacağı nəzərdə tutulur

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Qaradağ” yatağındakı 483 nömrəli quyuda qazma işləri başa çatdırılıb. 

“Report” SOCAR-a istinadən bildirir ki, Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən VIIA horizonta qazılmış quyudan yaz-yay mövsümündə qazvurma məqsədilə istifadə olunacaq.

Qeyd edək ki, 483 nömrəli quyuya sutkalıq 100 min kubmetr qaz vurulacağı nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi