Yuxarı

​Azərbaycanın "Nobel Oil" şirkəti Rumıniyada fəaliyyətə başlayıb

Nobel Oil Downstream Romania 2014-cü ilin sentyabrında bu ölkədə qeydiyyatdan keçib

Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycanın "Nobel Oil" şirkəti Şərqi Rumıniyanın ən böyük şəhəri olan Yasidə (Iasi) ilk qaz stansiyasını açır. "Report"un Rumıniyanın ziare.com saytına istinadən verdiyi xəbərə görə, stansiya ilin sonuna qədər fəaliyyətə başlayacaq.

Şirkət nümayəndələrinin açıqlamasına görə, növbəti stansiyalar Buxarestdə inşa ediləcək. "Nobel Oil" Azərbaycan və ABŞ-da neftlə bağlı sənaye xidmətlərinin satışı ilə məşğul olur, lakin Rumıniya benzin və dizel satışı ilə bağlı ilk ölkə olacaq.

"Nobel Oil Downstream Romania"nın icraçı direktoru Con Lonq (John Long) mediaya açıqlamasında deyib ki, bu, Rumıniyada ilk qaz stansiyası şəbəkəsidir.

Qeyd edək ki, "Nobel Oil Downstream Romania" 2014-cü ilin sentyabrında Rumıniyada qeydiyyatdan keçib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi