Azərbaycanın neft-qaz sektoruna indiyədək 92 mlrd. dollar sərmayə yatırılıb

Azərbaycanın neft-qaz sektoruna indiyədək 92 mlrd. dollar sərmayə yatırılıb Vitali Bəylərbəyov: "2016-cı ilə qədər "AÇG" yataqlarına 30 mlrd. dollaradək investisiya yatırılıb"
Energetika
25 Aprel , 2017 12:32
Azərbaycanın neft-qaz sektoruna indiyədək 92 mlrd. dollar sərmayə yatırılıb
Report.az

Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycanın neft və qaz sənayesinə 1995-ci ildən indiyədək ümumilikdə 92 mlrd. ABŞ dolları həcmində investisiya yatırlıb. "Report" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.

V.Bəylərbəyovun sözlərinə görə, son bir neçə ildə xam neft hasilatı azalıb: "Son bir neçə ildə neft hasilatı 7-10% azalıb. Düşünürəm ki, 2020-ci ildə bu proses stabilləşəcək". 

"Bu gün "Şahdəniz"dən illik 10 mlrd. kubmetr həcmində qaz, 2,5 mln. ton neft hasil edilir. 2016-cı ilə qədər "Azəri-Çıraq-Günəşli" yataqlarına 30 mlrd. dollara qədər investisiya yatırılıb, burada 400-dən çox quyu qazılıb", - deyə SOCAR rəsmisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi