Azərbaycanın neft məhsullarının ixracından gəliri 78% artıb

Azərbaycanın neft məhsullarının ixracından gəliri 78% artıb Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 837 919 ton miqdarında neft məhsulları ixrac edib.
Energetika
12 Oktyabr , 2018 12:18
Azərbaycanın neft məhsullarının ixracından gəliri 78% artıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 837 919 ton miqdarında neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda neft məhsullarının dəyəri 425 147 mln. ABŞ dolları təşkil edib.

Bu ilin 9 ayında ixrac olunan neft məhsullarının miqdarı illik müqayisədə 36%, dəyəri isə 78% artıb.

Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,98% olub. 

Son xəbərlər

Orphus sistemi