Azərbaycanın magistral neft-qaz kəmərləri ilə builki nəqletmənin həcmi açıqlanıb

Azərbaycanın magistral neft-qaz kəmərləri ilə builki nəqletmənin həcmi açıqlanıb Bakı. 16 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 23 913,8 min ton neft nəql edilib.
Energetika
16 Avqust , 2018 16:00
Azərbaycanın magistral neft-qaz kəmərləri ilə builki nəqletmənin həcmi açıqlanıb

Bakı. 16 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 23 913,8 min ton neft nəql edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 81,5%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və 7 ay ərzində kəmərlə 19 479 min ton neft ötürülüb.

Hesabat dövründə BTC xətti ilə 3 716,7 min ton tranzit nefti də nəql olunub.

Yanvar-iyul aylarında magistral qaz kəmərləri ilə isə 13 299,9 mln. kubmetr təbii qaz nəql edilib. Nəqletmənin 32,4%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və kəmərlə 4 312,1 mln. kub metr “mavi yanacaq” ötürülüb. 

Son xəbərlər

Orphus sistemi