Azərbaycanın magistral kəmərləri ilə qaz nəqli 13% artıb

Azərbaycanın magistral kəmərləri ilə qaz nəqli 13% artıb Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 11,177 mlrd. kubmetr qaz nəql edilib.
Energetika
21 May , 2020 16:24
Azərbaycanın magistral kəmərləri ilə qaz nəqli 13% artıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 11,177 mlrd. kubmetr qaz nəql edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,1% artım müşahidə olunub.

Qazın nəqlinin 35,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 3,969 mlrd. kubmetr qaz ötürülüb. Bu isə ötən ilin müvafiq dövründən 16,8% çoxdur.

Son xəbərlər

Orphus sistemi