Yuxarı
    Bağlamaq

    Azərbaycanın ixrac etdiyi xam neftin dəyəri 39% artıb

    Xam neftin dəyəri 2,616 mlrd. ABŞ dolları təşkil edib

    Bakı. 11 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 6,493 mln. ton həcmində xam neft ixrac edib.

    “Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda xam neftin dəyəri 2,616 mlrd. ABŞ dolları təşkil edib.

    Hesabat dövründə xam neftin miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,86% azalıb, dəyəri isə 38,76% artıb. Bu ilin dörd ayında xam neft Azərbaycanın ümumi ixracının 76,26%-ni tutub.

    Qeyd edək ki, Azərbaycanın ümumi ixracı ilk 4 ayda 41% artaraq 3,431 mlrd. dollara çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi