Yuxarı
    Bağlamaq

    Azərbaycanın ixrac etdiyi xam neftin dəyəri 21% artıb

    Yanvarda xam nefin Azərbaycanın ümumi ixracında payı 82,5% olub

    Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan yanvar ayında gömrük bəyannamələri əsasında 1 652 458 ton miqdarında xam neft ixrac edib.

    “Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda xam neftin dəyəri 663,768 mln. ABŞ dolları təşkil edib.

    Yanvar ayında ixrac olunan xam neftin miqdarı ötən ilin analoji ayı ilə müqayisədə 17% az, dəyəri isə 21% çox olub.

    Yanvar ayında xam nefin payı Azərbaycanın ümumi ixracında 82,49% təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi