Azərbaycanın əsas neft emalı zavodunun tikintisinə gələn il başlanılacaq

Azərbaycanın əsas neft emalı zavodunun tikintisinə gələn il başlanılacaq Müəssisədə 2019-cu ilin iyun ayına qədər "Euro-5" standartına uyğun dizel yanacağının istehsalına başlanacaq
Energetika
12 Aprel , 2016 11:09
Azərbaycanın əsas neft emalı zavodunun tikintisinə gələn il başlanılacaq

Bakı. 12 aprel. REPORT.AZ/ Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması layihəsi çərçivəsində artıq FEED mərhələsinin icrasına başlanılıb və bu mərhələnin 2016-cı ilin sonuna qədər davam etməsi nəzərdə tutulur. 

"Report" xəbər verir ki, bunu Azərbaycan Iqtisadiyyat Nazirliyi və SOCAR-ın təşkilatçılığı ilə Bakıda keçirilən "Sənayenin inkişafına dövlət dəstəyi" adlı tədbirdə Neft-qaz emalı və Neft-kimya Kompeksinin baş direktorunun müavini Emil Alxaslı bildirib. 

E.Alxaslı qeyd edib ki, FEED layihə işləri bu ilin sonuna kimi yekunlaşdıqda tikinti mərhələsinə keçilməsi planlaşdırılır. Onun sözlərinə görə, zavodun yenidən qurulması layihəsinin üç mərhələdə icrası nəzərdə tutulub. 2018-ci ilin iyun ayına qədər yeni bitum qurğusunun istismara verilməsi planlaşdırılır. 

Direktor müavini əlavə edib ki, 2019-cu ilin iyun ayına qədər müəssisədə "Euro-5" standartına uyğun dizel yanacağı istehsalına başlanması nəzərdə tutulur. Üçüncü mərhələdə isə "Euro-5" standartına cavab verən benzin istehsalının təşkili nəzərdə tutulur. Onun sözlərinə görə, artıq 2020-ci ilin may ayına qədər "Euro-5" standartına cavab verən qurğular istifadəyə veriləcək.

Son xəbərlər

Orphus sistemi