Azərbaycanın enerji sistemində alman izi

Azərbaycanın enerji sistemində alman izi Azərbaycanın elektroenergetika sisteminin qurulmasında 75 il bundan əvvəl başa çatmış Böyük Vətəndaş Müharibəsinin rolu olub.
Energetika
8 May , 2020 14:41
Azərbaycanın enerji sistemində alman izi

Azərbaycanın elektroenergetika sisteminin qurulmasında 75 il bundan əvvəl başa çatmış Böyük Vətəndaş Müharibəsinin rolu olub. 

"Report" xəbər verir ki, bu barədə "Azərenerji" ASC-nin açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, 1941-ci ildə həmin müharibənin başlaması “Mingəçevir” su elektrik stansiyasının (SES) tikintisini yarımçıq qoyub. Müharibədə məğlub edilən Almaniyadan qənimət olaraq sökülərək gətirilən 220 kilovoltluq “Drezden” Elektrik Xəttinin hissələrindən Azərbaycanda geniş istifadə olunub. Gətirilən avadanlıq hesabına 1949-1958-ci illər ərzində 330 kilovoltluq “Ağstafa”, “Qardabani”, “Mingəçevir”, “Samux”, 220 kilovoltluq I və II “Mingəçevir”, “Qəbələ”, “Ağsu”, “Abşeron” hava elektrik verilişi xətlərinin tikintisi həyata keçirilib. Bu yüksəkgərginlikli elektrik verilişi xətlərindən 330 kilovoltluq “Ağstafa”, “Qardabani”, III və IV “Mingəçevir” elektrik verlişi xətləri hələ də istismar olunur.

Müharibə illərində Azərbaycanın əsas enerji mənbəyi isə “Qırmızı ulduz”, L.Krasin adına DRES-lə yanaşı, 1941-ci ildə istismara verilmiş “Sumqayıt” İEM idi.

Son xəbərlər

Orphus sistemi