Bakı. 3 aprel. REPORT.AZ/ Aprelin 5-6-da Türkiyənin İstanbul şəhərində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XX Avrasiya İqtisadi Sammiti keçiriləcək.
“Report”a Azərbaycan Energetika Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycanın energetika naziri Natiq Əliyev də iştirak edəcək. N.Əliyevin “Davamlı enerji, telekommunikasiya, nəqliyyat və iqtisadi İnkişafda tələb - təklifin tarazlıq statusu: əsas oyunçu və fiqurlar” adlı sessiyada çıxışı nəzərdə tutulub.
Xatırladaq ki, energetika naziri 2015-ci ildə XVIII Avrasiya İqtisadi Sammiti çərçivəsində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin "Şərəf" medalı ilə təltif edilib.