Azərbaycanın energetika naziri TAPI kəmərinin Əfqanıstan hissəsinin təməlqoyma mərasimində iştirak edəcək

Azərbaycanın energetika naziri TAPI kəmərinin Əfqanıstan hissəsinin təməlqoyma mərasimində iştirak edəcək Bakı. 21 fevral. REPORT.AZ/ Fevralın 23-də Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz boru kəmərinin Əfqanıstan hissəsinin təməlqoyma mərasimində Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edəcək.
Energetika
21 Fevral , 2018 15:58
Azərbaycanın energetika naziri TAPI kəmərinin Əfqanıstan hissəsinin təməlqoyma mərasimində iştirak edəcək
Energetika naziri Pərviz Şahbazov / Report/ Firi Salim

Bakı. 21 fevral. REPORT.AZ/ Fevralın 23-də Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz boru kəmərinin Əfqanıstan hissəsinin təməlqoyma mərasimində Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edəcək.

“Report” bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, həmin gün Türkmənistan – Əfqanıstan – Pakistan – Hindistan marşrutu üzrə elektrikötürmə xəttinin və optik-lifli rabitə xəttinin tikintisinə də başlanacaq. Sərhətabad (Türkmənistan) - Turqundi (Əfqanıstan) dəmir yolu istismara veriləcək.

TAPI qaz xəttinin tikintisi 2015-ci il dekabrın 13-də başlayıb. İllik ötürücülük gücü 33 milyard kubmetr olan TAPI qaz kəmərinin uzunluğu 1 814 kilometrdir. Kəmər Əfqanıstanın Herat və Qəndəhar, Pakistanın Kvetta və Multan şəhərlərindən keçərək Hindistan sərhədində Fazilka yaşayış məntəqəsinə qədər uzanacaq. Boru xəttinin Türkmənistandan keçən hissəsinin ümumi uzunluğu 1600 kilometr olacaq.

Son xəbərlər

Orphus sistemi