Azərbaycanın energetika naziri Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb

Azərbaycanın energetika naziri Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb Bakı. 22 iyun. REPORT.AZ/ Energetika naziri Pərviz Şahbazov Vyanda (Avstriya) Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə görüşüb.
Energetika
22 İyun , 2018 12:09
Azərbaycanın energetika naziri Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb
Energetika naziri Pərviz Şahbazov / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 22 iyun. REPORT.AZ/ Energetika naziri Pərviz Şahbazov Vyanda (Avstriya) Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə görüşüb. 

"Report" Enegetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə neft bazarında mövcud vəziyyət, neft hasilatınının azaldılması ilə bağlı mövcud öhdəliklərə dəyişikliklərin mümkün variantları nəzərdən keçirilib. 

Bildirilib ki, 2016-cı ildə əldə olunmuş razılığa əsasən OPEC+ ölkələri gündəlik neft hasilatını 1,8 mln. barel azaltmalı olduqları halda, faktiki olaraq bu göstərici təxminən 2,8 mln. barel təşkil edir. Bu isə neftə artan tələbatın ödənilməsində problemlər yaradır. Buna görə də neft hasilatının artırılması bazarda tələb-təklifin tarazlaşdırılması məqsədilə tələbin ödənilməsi üçün zəruridir və həcmlər OPEC və qeyri-OPEC nazirlərinin qarşıdakı iclasında birgə müzakirə əsasında müəyyənləşdiriləcək.

P.Şahbazov dünya neft bazarında proseslərin neft istehsalı və ixracı ilə məşğul olan ölkələrin maraqlarına uyğunluğunun təmin edilməsi üçün birgə səylər göstərilməsinin mühümlüyünü qeyd edib. O, Azərbaycanda neft hasilatı ilə bağlı hazırki və proqnozlaşdırılan imkanlar barədə məlumatı diqqətə çatdırıb, dünya neft bazarının sabitləşdirilməsi prosesinin iştirakçısı kimi bundan sonra da ölkəmizin dəstəyini ifadə edib. 

Son xəbərlər

Orphus sistemi