Azərbaycanın energetika naziri “Rusiya Enerji Həftəsi”ndə iştirak edəcək

Azərbaycanın energetika naziri “Rusiya Enerji Həftəsi”ndə iştirak edəcək Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gündən başlayaraq oktyabrın 13-nə qədər Moskva şəhərində keçiriləcək VI “Rusiya Enerji Həftəsi” - Beynəlxalq Forumunda iştirak edəcək.
Energetika
11 oktyabr 2023 08:50
Azərbaycanın energetika naziri “Rusiya Enerji Həftəsi”ndə iştirak edəcək
Pərviz Şahbazov

Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gündən başlayaraq oktyabrın 13-nə qədər Moskva şəhərində keçiriləcək VI “Rusiya Enerji Həftəsi” - Beynəlxalq Forumunda iştirak edəcək.

Bu barədə "Report"a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, nazir bu məqsədlə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novakın dəvəti ilə bu ölkəyə səfər edib.

Forum çərçivəsində P.Şahbazovun “Turbulentlik dövründə qlobal neft və qaz bazarının idarə edilməsi” sessiyasında müzakirələrə qatılması və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi