Yuxarı
    Bağlamaq

    Azərbaycanın energetika naziri OPEC-in Vyana toplantısına gedib

    Natiq Əliyevin Vyanada OPEC-in baş katibi, həmçinin Küveytin neft naziri ilə görüşü gözlənilir© Report.az

    Bakı. 23 may. REPORT.AZ/ Azərbaycanın energetika naziri Natiq Əliyev bu gün Vyana (Avstriya) şəhərinə səfərə gedib.

    Bunu “Report”a Azərbaycan Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva bildirib.

    N.Əliyev OPEC və qeyri-OPEC ölkələrinin birgə iştirakı ilə mayın 24-25-də Vyanada keçiriləcək Nazirlər Şurasının 172-ci iclasında Azərbaycanı təmsil edəcək.

    Azərbaycan energetika nazirinin OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo, həmçinin OPEC və qeyri-OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin rəhbəri, Küveytin neft naziri Əssam əl-Marzukla görüşü gözlənilir.

    Qeyd edək ki, OPEC-in Nazirlər Şurasının iclasında Vyanada Monitorinq Komitəsinin hasilatın azaldılması ilə bağlı öhdəliklərin icrasının neft bazarına təsiri, enerji bazarında müşahidə olunan tendensiyalar və iqtisadi inkişaf tempinin təhlili əsasında hazırlanmış hesabatı açıqlanacaq. İlin ikinci yarısı üçün Sazişin müddətinin uzadılması, yaxud digər hansısa bir qərarın qəbulu bu hesabatın nəticələrinə əsasən müəyyənləşəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi