Azərbaycanın energetika naziri neft hasilatının sabitləşməsi üzrə "yol xəritəsi"nin qəbulu məsələsinə münasibət bildirib - ƏLAVƏ OLUNUB

Azərbaycanın energetika naziri neft hasilatının sabitləşməsi üzrə "yol xəritəsi"nin qəbulu məsələsinə münasibət bildirib - ƏLAVƏ OLUNUB Natiq Əliyev: “Neft hasilatı üzrə "yol xəritəsi"nin qəbulu İran və İraqdan asılıdır”
Energetika
29 Oktyabr , 2016 12:15
Azərbaycanın energetika naziri neft hasilatının sabitləşməsi üzrə yol xəritəsinin qəbulu məsələsinə münasibət bildirib - ƏLAVƏ OLUNUB

Bakı. 29 oktyabr. REPORT.AZ/ “OPEC-in iclasında neft hasilatının sabitləşməsi üzrə "yol xəritəsi"nin qəbulu İran və İraqın mövqeyindən də asılıdır”.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

“Hər şey OPEC üzvlərindən, ilk növbədə isə İran və İraq kimi ölkələrdən asılı olacaq”, - deyə nazir vurğulayıb.

N.Əliyev əlavə edib ki, OPEC-ə üzv ölkələrin əksəriyyəti tezliklə bazarda neftin qiymətinin sabitləşməsinin və qiymət artımı tendensiyasının yaranmasının tərəfdarıdırsa, İran və İraq kimi ölkələr bu gün neft hasilatını artırmağı, OPEC-də əvvəllər tutduqları mövqelərə qayıtmağı düşünür.

"Buna görə ilin sonuna qədər baş verə biləcəkləri nəzərə alaraq, bu gün onların fikirlərini öyrənmək vacibdir", - deyə Azərbaycanın energetika naziri vurğulayıb.

Qeyd edək ki, oktyabrın 28-29-da Avstriyanın paytaxtı Vyanada OPEC-in Əlcəzair sazişlərinin həyata keçirilməsi ilə bağlı xüsusi komitəsinin iclası keçirilir.

Son xəbərlər

Orphus sistemi