Azərbaycanın energetika naziri Moskvaya gedir

Azərbaycanın energetika naziri Moskvaya gedir Natiq Əliyev “LUKoil” şirkətinin yaranmasının 25 illiyi münasibəti ilə keçiriləcək tədbirdə iştirak edəcək
Energetika
21 Noyabr , 2016 14:36
Azərbaycanın energetika naziri Moskvaya gedir

Bakı. 21 noyabr. REPORT.AZ/ Noyabrın 22-də Azərbaycanın energetika naziri Natiq Əliyevin Rusiyanın paytaxtı Moskvaya səfəri başlayır. 

“Report” xəbər verir ki, nazir “LUKoil” şirkətinin yaranmasının 25 illiyi münasibəti ilə keçiriləcək tədbirdə iştirak edəcək.

Mərasimin Kremldə keçirilməsi planlaşdırılır. 

Azərbaycanlı nazirin "LUKoil"in prezidenti Vahid Ələkbərov və başqa digər rəsmi şəxslərlə görüşəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi