Azərbaycanın energetika naziri İstanbulda keçiriləcək Beynəlxalq Enerji Konqresinə dəvət olunub

Azərbaycanın energetika naziri İstanbulda keçiriləcək Beynəlxalq Enerji Konqresinə dəvət olunub 80 ölkədən 266 nümayəndənin iştirakı ilə baş tutacaq konqres çərçivəsində 60 iclas keçiriləcək
Energetika
7 Oktyabr , 2016 17:21
Azərbaycanın energetika naziri İstanbulda keçiriləcək Beynəlxalq Enerji Konqresinə dəvət olunub

Bakı. 7 oktyabr. REPORT.AZ/ Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrakın dəvəti ilə Azərbaycanın energetika naziri Natiq Əliyev oktyabrın 9-13-də İstanbulda keçiriləcək XXIII Beynəlxalq Enerji Konqresində iştirak edəcək. Bu barədə “Report”a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Geostrateji baxımdan fərqli ölkələri birləşdirən Türkiyənin əsas hədəflərindən biri enerji mərkəzinə çevrilməkdir. İstanbul qlobal enerji məsələlərinin müzakirəsi və dünya miqyaslı enerji liderlərinə ev sahibliyi etməsi üçün də uyğun bir məkandır. Konqresə qatılaraq fikirlərinizi türk və beynəlxalq ictimaiyyətlə bölüşməyiniz bizi şərəfləndirəcək”, - deyə B.Albayrakın məktubunda qeyd olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, enerji və təbii sərvətlər naziri B.Albayrakın və 80 ölkədən 266 nümayəndənin iştirakı ilə baş tutacaq konqres çərçivəsində 60 iclas keçiriləcək.

Konqres çərçivəsində N.Əliyevin Balkan ölkələrinin energetika nazirləri ilə də görüşü nəzərdə tutulub. Türkiyə, İtaliya, Yunanıstan, Albaniyanın energetika nazirləri ilə planlaşdırılan görüşdə Cənub Qaz Dəhlizinin icra vəziyyəti və layihənin vaxtında yekunlaşdırılmasını zəruri edən məsələlərlə əlaqədar fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, 1924-cü ildən bəri 3 ildən bir təşkil olunan Beynəlxalq Enerji Konqresi bu dəfə Türkiyədə “Yeni sərhədlərə çıxış” mövzusunda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi