Azərbaycanın energetika naziri 2-ci Antalya Diplomatiya Forumuna qatılacaq

Azərbaycanın energetika naziri 2-ci Antalya Diplomatiya Forumuna qatılacaq Energetika naziri Pərviz Şahbazov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə bu ölkəyə səfər edib.
Energetika
10 Mart , 2022 15:44
Azərbaycanın energetika naziri 2-ci Antalya Diplomatiya Forumuna qatılacaq

Energetika naziri Pərviz Şahbazov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə bu ölkəyə səfər edib.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, nazir 11-13 mart tarixlərində Antalya şəhərində keçiriləcək “Diplomatiyanın Yenidən Qurulması” mövzusunda 2-ci Antalya Diplomatiya Forumunda (ADF) iştirak edəcək.

O, forum çərçivəsində “Enerji təhlükəsizliyində qarışıqlıq” panelində müzakirələrə qatılacaq.

Xatırladaq ki, Türkiyə Prezident Administrasiyasının himayədarlığı ilə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan Antalya Diplomatiya Forumu dünyanın bir çox ölkəsindən dövlət və hökumət başçıları, nazirlər, tanınmış dövlət və siyasi xadimləri, nüfuzlu siyasətçilər, elm, fikir və iş adamları və media nümayəndələrini bir araya gətirən və dialoqu təşviq edən platformadır.

Son xəbərlər

Orphus sistemi