Azərbaycanın ən iri neft emalı zavodunda aparılan təmir başa çatıb

Azərbaycanın ən iri neft emalı zavodunda aparılan təmir başa çatıb Təxminən bir ay davam edən təmir işlərindən sonra zavodun texnoloji qurğuları hidravlik sınaqdan sonra uğurla istismara verilib
Energetika
7 İyul , 2015 17:51
Azərbaycanın ən iri neft emalı zavodunda aparılan təmir başa çatıb

Bakı. 7 iyul. REPORT.AZ/ Hеydər Əliyеv аdınа Neft Еmalı Zavodunun əsаs tехnоlоji qurğulаrındа еyni vахtdа aparılan irimiqyаslı təmir işləri uğurla başa çatıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

55 nömrəli kаtаlitik krеkinq, 21 nömrəli ilkin еmаl, 43 nömrəli kokslaşdırma, 31 nömrəli katalitik riforminq və dizel yanacağının hidrotəmizlənməsi qurğulаrı əsаslı təmir olunaraq istismara verilib. Təmir işləri zavodun 13 nömrəli sahəsinin və müхtəlif təyinаtlı iхtisаslаşdırılmış təmir-tiikinti idarələri tərəfindən həyata keçirilib. Təmir dövründə 21 nömrəli ilkin еmаl qurğusunda K-2 kоlоnunun sıradan çıxmış boşqabları və transfer xətti təmizlənərək yеnidən yığılmış, hava soyuducularının giriş-çıxış boruları dəyişdirilib.

Sobaların təftiş olunduğu, qüsurlar aradan qaldırıldığı deyilir. Vakuum qazoyulun nəqlinin artırılması məqsədilə vakuum blokuna əlavə olaraq yeni nasos quraşdırılıb.

Vakuum kolonunun sıradan çıxmış tərtibatları yeniləri ilə əvəz edilib. N1/3 xammal nasosu, həmçinin K-8 kolonundan çıxan qaz xətti dəyişdirilib. 3 ədəd yeni 5000 kubmetrlik neft çəninin istifadəyə verilməsi ilə əlaqədar 1976-cı ildən istismar olunan xam neft xətləri tamamilə yenilənib. Hazırda qurğu saatda 650 kubmetr məhsuldarlıqla istismar olunur.

Bundan əlavə, 55 nömrəli katalitik krekinq qurğusundа İD 105 istidəyişdiricisinin boru dəsti dəyişdirilib. T104 tutumunda və S-3 seperatorunda süzgəclər yeniləri ilə əvəz edilib. 100-cü bölmənin reaktorundan katalizator qismən yenilənib, bölmənin məhsuldarlığının ildə 3 milyon tona çatdırılması üçün əlavə nasoslar quraşdırılıb. S/101 və 102 sobalarında yeni, müasir tipli şamlar quraşdırılıb.

31 nömrəli katalitik riforminq qurğusunda 3 ədəd EA-121(1), EA-421(2), hava soyuducuları yeniləri ilə əvəz olunmuşdur. S/213-214 sobalarının dam örtüyü və kollektorların istilik örtüyü dəyişdirilmişdir. DR 111 reaktorunda katalizatorun üst hissəsi təmizlənmiş, ələnmiş və yenidən sistemə qaytarılmışdır. Avtomatik idarəetmə sistemi ilə əlaqədar çoxsayda klapan, səviyyəölçən və sərfölçən quraşdırılmışdır. Qaz komperassorların gövdəsinin soyutma sistemi çirkabdan təmizlənmiş va digər zəruri işlər görülmüşdür.

43 nömrəli kokslaşdırma qurğusunda isə sobada, reaktorlarda və digər sahələrdə əsaslı təmir işləri aparılmış, vahid axınla istismara buraxılmışdır. S-303 v-S-301/2-nin radiasiya kameralarının boruları dəyişdirilmişdir.

Təxminən bir ay davam edən təmir işlərindən sonra zavodun texnoloji qurğuları hidravlik sınaqdan sonra uğurla istismara verilmiş, neft məhsullarının istehsalına başlanılıb.

Son xəbərlər

Orphus sistemi