Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 10 % azalıb

Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 10 % azalıb Bu ilin oktyabr ayında Azərbaycan 4,9 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.
Energetika
2 Dekabr , 2020 11:47
Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 10 % azalıb

Bu ilin oktyabr ayında Azərbaycan 4,9 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.

Xatırladaq ki, ötən ilin oktyabr ayında Azərbaycan elektrik enerjisi ixracını həyata keçirməyib.

2020-ci ilin yanvar-oktyabr aylarında isə Azərbaycan 56,8 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib. Bu isə 2019-cu ilin eyni dövrünə nisbətən 6,1 milyon ABŞ dolları və yaxud 9,7 % azdır.

Son xəbərlər

Orphus sistemi