Azərbaycanın daha bir neçə rayonunda qaz təchizatı dayandırılıb

Azərbaycanın daha bir neçə rayonunda qaz təchizatı dayandırılıb Bu gün saat 10:00-dan Şamaxı rayonunun 12 kəndində, saat 11:30-dan isə Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində - Gülçülük yaşayış massivində təbii qaz təchizatı dayandırılıb.
Energetika
30 İyul , 2019 11:58
Azərbaycanın daha bir neçə rayonunda qaz təchizatı dayandırılıb

Bu gün saat 10:00-dan Şamaxı rayonunun 12 kəndində, saat 11:30-dan isə Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində - Gülçülük yaşayış massivində təbii qaz təchizatı dayandırılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, dayandırmalar aşkar olunan qaz sızmalarının ləğvi və xətlərdə sazlama işləri ilə əlaqədardır.

Eləcə də saat 09.00-dan Zaqatala rayonunun Hənifə kəndində, saat 09:45-dən Xaçmazdan Quba rayonu istiqamətində olan qaz xəttində, saat 10:30-da Şəmkir rayonunun Çənlibel, Qasmalılar, Seyidlər və Hacalılar kəndlərini təmin edən orta təzyiqli qaz kəmərində, saat 10:35-dən Xəzər rayonunun Buzovna qəsəbəsində, saat 10:40-dan isə Sabirabad rayonunun 11 kəndində müəyyən işlərin aparılması ilə əlaqədar olaraq qaz təchizatı dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi