Azərbaycanın daha 4 rayonunun kəndlərinə qaz verilib

Azərbaycanın daha 4 rayonunun kəndlərinə qaz verilib Bu 4 kənddə təxminən 1,1 abonent qazla təmin olunub
Energetika
19 Mart , 2015 17:26
Azərbaycanın daha 4 rayonunun kəndlərinə qaz verilib

Bakı. 19 mart. REPORT.AZ/ “Azəriqaz” İstehsalat Birliyi tərəfindən martın 19-da Bərdə, Yevlax, Şamaxı və Tərtər rayonlarının daha bir neçə kəndinə təbii qaz verilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətndən məlumat verilib.

Məlumata görə, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətləri, “Azəriqaz” İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqalları iştirak ediblər.

Yevlax rayonunun Yuxarı Qarxun kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi ilə əlaqədar keçirilmiş tədbirdə 425 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 23 728 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkildiyi, 425 mənzilə məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırıldığı deyilib.

Həmin gün Tərtər rayonunun İsmayılbəyli kəndinə də ilk dəfə olaraq təbii qaz verilib. 300 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 18 899 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 300 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bundan başqa, Bərdənin Xanxanımlı kəndinə təbii qazın verilişinin bərpa olunması münasibətilə keçirilmiş tədbirdə 59 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 504 metr müxtəlif diametrli polietilen və uzunluğu 5 309 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkildiyi, 59 sayğac və fərdi tənzimləyici quraşdırıldığı deyilib.

Şamaxı rayonunun Dağ Bağırlı kəndinə də təbii qazın verilişi bərpa edilib - 276 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 12 913 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 276 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi