Azərbaycanın bölgələrində 667 abunəçi qazla təmin olunub

Azərbaycanın bölgələrində 667 abunəçi qazla təmin olunub Bu gün Quba rayonunun Dəvədabanı kəndində 605 fərdi yaşayış evinə təbii qaz verilib.
Energetika
18 Dekabr , 2019 15:04
Azərbaycanın bölgələrində 667 abunəçi qazla təmin olunub

Bu gün Quba rayonunun Dəvədabanı kəndində 605 fərdi yaşayış evinə təbii qaz verilib.

"Report" bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, ümumilikdə kənddə qazlaşma işlərinin aparılması üçün 33 515,9 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, fərdi qaz tənzimləyicisi və məişət tipli qaz sayğacları quraşdırılıb.

Bərdə rayonunun Hacıəhmədli kəndində də 62 fərdi yaşayış evi mavi yanacaqla təmin olunub. Bu kənddə görülən işlər çərçivəsində 5358 metr uzunluğunda müxtəlif diametrli borulardan istifadə olunmaqla yeni qaz xətləri çəkilib.

Bakı şəhərində isə bu ilin dövlət proqramına görə qazlaşdırılması aparılan sayca 6-cı yaşayış massivində qaz açılışı olub. Binəqədi rayonunun 28 May qəsəbəsində dəmir yolunun alt və üst hissəsində yerləşən yeni massivdə 117 evdə artıq mavi yanacaqdan istifadə edilir.

Son xəbərlər

Orphus sistemi