Azərbaycanın bir neçə regionunda elektrik enerjisi şəbəkəsinə qoşulma “ASAN Xidmət"də mümkün olacaq

Azərbaycanın bir neçə regionunda elektrik enerjisi şəbəkəsinə qoşulma “ASAN Xidmət"də mümkün olacaq Bakı. 5 fevral. REPORT.AZ/ “Bundan sonra Gəncə şəhərində, Sabirabad, Bərdə, Qəbələ və Masallı rayonlarında fəaliyyət göstərən bütün “ASAN Xidmət və “ASAN Kommunal mərkəzlərində insanlar evlərinə işıq çəkdirə biləcəklər”. 
Energetika
5 Fevral , 2018 16:11

Bakı. 5 fevral. REPORT.AZ/ “Bundan sonra Gəncə şəhərində, Sabirabad, Bərdə, Qəbələ və Masallı rayonlarında fəaliyyət göstərən bütün “ASAN Xidmət" və “ASAN Kommunal" mərkəzlərində insanlar evlərinə işıq çəkdirə biləcəklər”. 

Bunu “Report”a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

“İndiyə qədər əhali qrupuna aid abunəçilərin elektrik şəbəkəsinə qoşulması Bakı, Sumqayıt və Qubadakı “ASAN Xidmət" və “ASAN Kommunal" mərkəzlərində həyata keçirilirdi. Eyni zamanda “Doing bisness”in qiymətləndirmə tələblərində başlıca yer tutan sahibkarların da asan və sadə yolla elektrik şəbəkəsinə qoşulması istiqamətində də ciddi addımalar atılır. Artıq paytaxtdakı “ASAN Kommunal" mərkəzlərindən əlavə Sumqayıt, Gəncə və Qubadakı “ASAN Kommunal" mərkəzlərində də qeyri-əhali abunəçiləri tikinti, ticarət, ictimai iaşə və digər obyektlərinə 150 kVt-a qədər işıq çəkdirə bilirlər. Ən qısa vaxtda bu imkanın digər rayonlardakı “ASAN Xidmət" mərkəzlərini əhatə edəcəyi gözlənilir. Bununla bağlı tezliklə yeniliklər olacaq və dərhal ictimaiyyət məlumatlandırılacaq”, - deyə o əlavə edib. 

“Azərişıq” sözçüsünun sözlərinə görə, başqa bir yenilik isə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulma prosesinin “Azərişığ”ın elektron xəritəsi üzərindən həyata keçirilməsi və bunun bölgələrdə də tətbiqidir.

Son xəbərlər

Orphus sistemi