Azərbaycanın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq

Azərbaycanın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq “Azəriqaz” İB: Bu, qaz xətlərində aparılacaq təmir işləri ilə bağlıdır
Energetika
20 İyun , 2016 20:11
Azərbaycanın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq

Bakı. 20 iyun. REPORT.AZ/ Ağdaş və Zaqatala rayonlarında, həmçinin Bakı şəhəri Xəzər rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş diametri 76 mm-lik qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində aparılacaq təmir işləri və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə iyunun 21-də saat 09:00-dan işlər yekunlaşanadək Ağdaş və Zaqatala rayonlarının, eləcə də Bakı şəhərinin Xəzər rayonunun Qala və Şüvəlan qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.