Yuxarı

Azərbaycanın Alternativ enerji mənbələri üzrə Dövlət Agentliyi USAİD-lə müqavilə imzalayacaq

Bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Akim Bədəlov bildirib

Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) ABŞ-ın İnkişaf Agentliyi (USAİD) ilə danışıqlar aparır. Tezliklə iki qurum arasında əməkdaşlığa dair müqavilənin imzalanacağı gözlənilir. 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Enerji, bərpa olunan mənbələr və dayanıqlılıq" adlı konfransda çıxışı zamanı ABOEMDA-nın rəhbəri Akim Bədəlov bildirib. 

A.Bədəlov, həmçinin Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələri sahəsində gördüyü işlər barədə konfrans iştirakçılarına ətraflı məlumat çatdırıb. 

Qeyd edək ki,  tədbirin sponsoru ABŞ-ın Azərbaycandakı səfirliyi, BP, AGT, "SOCAR", "Paşa Bank", "PWC Azerbaijan"  şirkətləri və "Fairmont Baku" (Alov Qüllələri) hotelidir. Konfransın təşkilatçıları Amerika Təhsilli Azərbaycanlı Məzunlar Assosiasiyası (AAAA), ADA Universiteti və Amerika Ticarət Palatasıdır (AmCham).

Tədbirdə "AmCham"ın rəhbəri Natəvan Məmmədova və  "ADA" Universitetinin rektoru Hafiz Paşayev də çıxış ediblər.

Daha sonra "Paşa Bank"ın İdarə Heyətinin sədri Taleh Kazımov çıxışı zamanı bildirib ki, təmsil etdiyi bank da Azərbaycanda alternativ enerji sahəsinin inkişafında maraqlıdır: "Hazırda "Paşa Bank"ın biznesinin 92%-i qeyri-neft sektoru ilə bağlıdır. Ölkədə qeyri-neft sektoruna dəstək vernəyə hazırıq. Xüsusən də, innovativ sahələrin inkişafında maraqlıyıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi