Azərbaycan 2018-ci ildə elektrik enerjisinin ixrac-idxalını artırıb

Azərbaycan 2018-ci ildə elektrik enerjisinin ixrac-idxalını artırıb ​Azərbaycanın 2018-ci ildə ixrac və idxal etdiyi elektrik enerjinin həcmi açıqlanıb
Energetika
17 Yanvar , 2019 14:40
Azərbaycan 2018-ci ildə  elektrik enerjisinin ixrac-idxalını artırıb

Bakı. 17 yanvar. REPORT.AZ/ 2018-ci il ərzində Azərbaycanda elektrik enerjisinin ixracı 1 447,7 mln. kVts olmaqla, 2017-ci illə (1 282,5 mln. kVts) müqayisədə 165,2 mln. kVts , idxalı isə 131,1 mln. kVts olmaqla, 2017-ci illə (107,8 mln. kVts) müqayisədə 23,3 mln. kVts artıb.

“Report”un məlumatına görə, bu barədə Energetika Nazirliyi tərəfindən 2018-ci ildə görülmüş işlərə dair hesabatda deyilir.

Hesabata əsasən, ixrac olunan 1 447,7 mln. kVts elektrik enerjisinin 80,3 mln. kVts İranın, 13,45 mln. kVts Türkiyə-Gürcüstan-tranzitin, 121,5 mln. kVts Rusiyanın, 1 232,4 mln. kVts Gürcüstanın payına düşür.

İdxal olunan 131,1 mln. kVts elektrik enerjisinin 32,0 mln. kVts İranın, 76,0 mln. kVts Rusiyanın, 23,1 mln. kVts Gürcüstanın payına düşüb.

“Azərenerji” ASC və Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinə məxsus İstilik Elektrik Stansiyalarında elektrik enerjisinin istehsalına 5 mlrd. 34 mln. kubmetr təbii qaz sərf edilib. 

Son xəbərlər

Orphus sistemi