Azərbaycanın 2017-ci il üçün yanacaq-enerji balansının proqnoz göstəricləri müzakirə edilib

Azərbaycanın 2017-ci il üçün yanacaq-enerji balansının proqnoz göstəricləri müzakirə edilib Müzakirələrdə Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, “Azərenerji” ASC və SOCAR-ın nümayəndələri iştirak ediblər
Energetika
26 Dekabr , 2016 16:37
Azərbaycanın 2017-ci il üçün yanacaq-enerji balansının proqnoz göstəricləri müzakirə edilib

Bakı. 26 dekabr. REPORT.AZ/ Energetika Nazirliyində “Azərbaycan Respublikasının 2017-ci il üçün Yanacaq-Enerji balansı”nın proqnoz göstəricilərinə dair müzakirələr aparılıb. 

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, “Azərenerji” ASC və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələrinin iştirakı ilə ölkədə neft-qaz hasilatı, elektrik enerjisinin istehsalı, ixrac-idxal imkanları təhlil edilib və gələn il üçün yanacaq-enerji balansının proqnoz göstəriciləri müəyyənləşdirilib.

Qeyd olunub ki, yanacaq-enerji balansının proqnoz göstəriciləri tərtib olunarkən ölkəmizin enerji resurslarına olan tələbatının tam ödənilməsi, idxaldan asılılığa son qoyulması, enerji təhlükəsizliyinin, yanacaq-enerji kompleksinin etibarlı və fasiləsiz işinin təmin edilməsi kimi daxili enerji siyasətinin mühüm istiqamətləri əsas götürülüb. Sənədin təsdiq üçün Nazirlər Kabinetinə göndərilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi