Yuxarı

Azərbaycandan neft ixracı fevralda 3% artıb

Azərbaycanın fevralda ixrac etdiyi neft məhsullarının dəyəri son bir ildə 28% azalıb

Bakı. 18 mart. REPORT.AZ/ Cari ilin fevral ayında sayğac göstəricilərinə əsasən, Azərbaycandan 5,505 mln. ton xam neft ixrac olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,64% çoxdur.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu neftin 4,341 mln. tonu BTC (Bakı-Tbilisi-Ceyhan), 715,3 min tonu Bakı-Supsa, 254,1 min tonu Şimal boru kəməri (Bakı-Novorossiysk), 194,3 min tonu isə dəmir yolu nəqliyyatı ilə ixrac edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,35%, 0,21%, 21,33% və 24,04% artım deməkdir.

Gömrük bəyannamələrinə əsasən, hesabat ayında ölkədən 1,826 mlrd. ABŞ dolları dəyərində 4,462 mln. ton xam neft ixracı həyata keçirilib. Beləliklə, bəyannamə əsasında xam neftin ixracının miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 13,07% artıb, dəyəri isə əksinə, 44,14% azalıb.

Hesabat dövründə neft məhsullarının ixracı illik müqayisədə 57,84% artaraq 377,9 min tona çatıb. Bildirək ki, fevralda ixrac edilən neft məhsullarının ümumi dəyəri son bir ildə 28,06% azalaraq 122,159 mln. dollara düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi