Azərbaycandan Gürcüstana neft və neft məhsullarının ixracı artıb

Azərbaycandan Gürcüstana neft və neft məhsullarının ixracı artıb Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 116 447,3 ton neft və neft məhsulları idxal edib.
Energetika
19 avqust 2019 07:24
Azərbaycandan Gürcüstana neft və neft məhsullarının ixracı artıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 116 447,3 ton neft və neft məhsulları idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Azərbaycanın Gürcüstana ixrac etdiyi neft və neft məhsullarının ümumi dəyəri 64 mln. 186,7 min dollar təşkil edib.

İllik müqayisədə qonşu ölkənin Azərbaycandan idxal etdiyi neft və neft məhsulları həcm baxımından 21 623, 2 ton və ya 22,8%, dəyər baxımından 10,7% çoxdur.

Ötən ilin ilk yeddi ayı ərzində Gürcüstan Azərbaycandan 57 mln. 977,9 min dollar dəyərində 94 824,1 ton neft və neft məhsulları idxal edib.

Son xəbərlər

Orphus sistemi