Tbilisi. 19 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 8 664,2 min ABŞ dollarıdəyərində elektrik enerjisi ixrac olunub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.
Məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 719,3 min dollar və yaxud 7,6% azdır.