Azərbaycandan Gürcüstana elektrik enerjisinin ixracı 24%-dən çox artıb

Azərbaycandan Gürcüstana elektrik enerjisinin ixracı 24%-dən çox artıb Bu ilin səkkiz ayı ərzində Gürcüstan Azərbaycandan 37 mln. 772,6 min dollar dəyərində elektrik enerjisi idxal edib.
Energetika
19 Sentyabr , 2019 11:20
Azərbaycandan Gürcüstana elektrik enerjisinin ixracı 24%-dən çox artıb

Bu ilin səkkiz ayı ərzində Gürcüstan Azərbaycandan 37 mln. 772,6 min dollar dəyərində elektrik enerjisi idxal edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Azərbaycanın qonşu ölkəyə ixrac etdiyi elektrik enerjisi məbləğ baxımından illik müqayisədə 7434, 5 min dollar və ya 24,5% çoxdur.

Ötən ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 30 mln. 338,1 min dollar dəyərində elektrik enerjisi tədarük edib. 

Son xəbərlər

Orphus sistemi