Yuxarı

Azərbaycandan Gürcüstana elektrik enerjisinin ixracı 17% artıb

​Azərbaycandan Gürcüstana elektrik enerjisinin ixracı 17 % artıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 31,589 mln. dollar dəyərində elektrik enerjisi idxal edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Azərbaycanın qonşu ölkəyə ixrac etdiyi elektrik enerjisi məbləğ baxımından illik müqayisədə 4 655, 4 min dollar və ya 17,2% çoxdur.

Ötən ilin ilk yeddi ayı ərzində Gürcüstan Azərbaycandan 29 mln. 933,6 min dollar dəyərində elektrik enerjisi idxal edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi