Azərbaycandan Gürcüstan və İrana yeni elektrik xətləri çəkilir

Azərbaycandan Gürcüstan və İrana yeni elektrik xətləri çəkilir Elektrik enerji mübadiləsinin yaxşılaşdırılması, ixrac imkanlarının artırılması məqsədilə Azərbaycandan qonşu İran və Gürcüstan dövlətləri arasında yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilir.
Energetika
10 Oktyabr , 2019 10:49
Azərbaycandan Gürcüstan və İrana yeni elektrik xətləri çəkilir

Elektrik enerji mübadiləsinin yaxşılaşdırılması, ixrac imkanlarının artırılması məqsədilə Azərbaycandan qonşu İran və Gürcüstan dövlətləri arasında yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilir.

Bu barədə "Report"a “Azərenerji” ASC-dən məlumat verilib.

Məlumata görə, Gürcüstanla elektrik enerjisi mübadiləsində etibarlığı artırmaq və daha çox elektrik enerjisi ixrac etmək, o cümlədən Gürcüstandan tranzit etməklə Avropa bazarına çıxış imkanlarını daha da artırmaq məqsədiilə 330 kilovoltluq “Ağstafa-Qardabani” hava xətti 44 km məsafədə, 2 dövrəli variantda yenidən qurulur. Layihə üzrə quraşdırılacaq 162 ədəd dayaqdan artıq 124 ədədi quraşdırılıb. Hava xəttinin 10 km hissəsində naqillər və 13 km hissəsində optik kabel asılıb.

Azərbaycanla İran arasında arasında enerji mübadiləsinin texniki imkanlarının artırılmasını təmin edəcək 220 kilovoltluq “Masallı-İran Astarası” arasında isə yeni elektrik verilişi xətti çəkilir. 260 ədəd dayaq quraşdırılması nəzərdə tutulan və 68 km uzunluqda olacaq hava xəttinin artıq 177 ədəd dayağı quraşdırılıb, 8,7 km hissəsində naqillər asılıb.

Bundan başqa Rusiya ilə enerji mübadiləsinin yaxşılaşdırılması, ixrac imkanlarının artırılması məqsədi ilə 330 kilovoltluq “Abşeron-Yaşma-Dərbənd” yeni hava xəttinin çəkilməsi layihələndirilir.

“Dövlətlər arasında yeni hava xətlərinin çəkilməsi və ya yenidənqurulması enerjisistemlər arasında əlaqələrin etibarlığını daha da möhkəmlədəcək, xətlərin ötürücülük qabiliyyətini yüksəldəcək və beynəlxalq enerji bazarına çıxış potensialımızı daha da artıracaq”, - deyə “Azərenerji” bəyan edib. 

Son xəbərlər

Orphus sistemi